Azarkeşlər bir-birinə daşla hücum çəkdi

Türkiyə regional həvəskarlar liqasının 25-ci turunun matçında səfərdə “Yaşıl Çinarspor”un qonağı olan “Viven Bornova” 1:1 hesablı heç-heçə edib. Qonaqlar çempionluq yolunda ciddi zədə alıblar. 

Allsport.az xəbər verir ki, 38-ci dəqiqədə Musdafa Tehran meydan sahiblərini 1:0 önə çıxarıb.

Çox keçmədən qonaq komandanın müdafiəçisi Fırat 48-ci dəqiqədə hesabı bərabərləşdirib (1:1).

Yüksək gərginliklə keçən qarşılaşmanın final fiti ilə hər 2 komandanın tərəfdarları bir-birinə daşla hücum ediblər. Polisin müdaxilə etməsi nəticəsində gərginliyin qarşısı alınıb.

Həmin kateqoriyadan