- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

“Fənərbağça”nın müdafiəçisi Milan Şkrinyar açıqlama verib.
Allsport.az xəbər verir ki, slovakiyalı futbolçu azarkeşləri və komanda yoldaşları ilə münasibətlərindən danışıb:
“Mənim “Fənərbağça” ilə 4 illik müqaviləm var və orada xoşbəxtəm. Azarkeşlər məni sevir. Klubla da yaxşı münasibətim var. Yenidən stabillik tapdım və xoşbəxtəm. Çıxışımı yaxşılaşdırdım və eyni ruhda davam etmək istəyirəm”.
Skrinyar 2025-ci ilin iyulunun sonunda “Fənərbağça” ilə 4 illik müqavilə imzalayıb.