- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən həftə Avroliqanın ilk təsnifat mərhələsində Tbilisidə baş tutan “Dinamo” – “Qəbələ” görüşündə gərginlik yaşanmışdı. Allsport.az saytı xəbər verir ki, oyundan qabaq bir qrup çılğın yerli fanat səbəbsiz olaraq bizim azarkeşlərə hücum etmişdi.
Bu azmış kimi, matça gətirilən Azərbaycan və “Qəbələ” klubunun bayraqları təhqir edilmişdi. Üstəlik, qarşılaşmanın gedişində təxribatçı dəstələr arenaya şovinist bannerlər çıxararaq, guya Zaqatala və Qaxın tarixi Gürcüstan torpağı olduğunu göstərmişdilər.
Qonşumuzun bu hərəkəti cavabsız qalmayıb. Dünən Qəbələdə keçirilən cavab görüşündə azarkeşlər milli şüarlarla çıxış edərək, cənubi-şərqi Gürcüstanın tarixi Azərbaycan torpağı olduğunu göstəriblər. Banerlərdə ingilis dilində “Borçalı Azərbaycanındır”, “Marnueli yox, Sarvan” və digər sözlər yazılıb. “Dinamo Arenada” olduğu kimi, sonradan polis məsələyə müdaxilə edib və pankartlar yığışdırılıb. Bu azmış kimi, ikinci hissənin əvvəlində azarkeşlərimizin Gürcüstan bayrağını yandırdığı da iddia olunur.
Ötən həftə baş verənlər “Qəbələ”ni və azərbaycanlıları nə qədər qəzəbləndirmişdisə, ötən gün olanlar da “Dinamo” rəsmilərini və gürcüləri özündən çıxarıb. Belə olmasaydı, Tiflis klubunun başbilənləri UEFA-ya şikayət etməyə hazırlaşdıqlarını deməzdilər. Baxmayaraq ki, “Qəbələ” rəhbərliyi Gürcüstanda olanlara görə oxşar addım atmaq fikrinə düşməmişdilər. Hazırda Azərbaycan klubunun rəsmiləri “Dinamo” rəhbərliyini bu fikrindən daşındırmağa çalışır. UEFA-nın hər iki oyunda olanlara görə hansısa cəza tətbiq edib-etməyəcəyi maraq doğurur.
Yeri gəlmişkən, bu oyunlarda baş verən təxribatçı hərəkətlər Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə də təsirsiz ötüşmür. Bu üzdən də artıq hər iki ölkənin dövlət və hökumət rəsmiləri də bu məsələ ilə maraqlanmağa başlayıblar. Müvafiq nazirliklər və səfirlik əməkdaşları qalmaqala səbəb olanların axtarılıb tapılması və cəzalanması üçün çalışır.
Xatırladaq ki, rəqib meydanında 1:2 məğlub olan “qara-qırmızılar”, evdə 2 cavabsız top vuraraq, növbəti mərhələyə adlayıb.