Azarkeşlər üçün viza prosedurları sadələşdiriləcək

ABŞ hökuməti 2026-cı il dünya çempionatı (DÇ-2026) üçün viza müraciətlərini sürətləndirən sistemi təsdiqləyib.

Allsport.az xəbər verir ki, prezident Donald Tramp və dövlət katibi Marko Rubio FİFA ilə biletli azarkeşlərə prioritet müsahibə (indi “FİFA Pass” adlanır) təyin etmək barədə razılığa gəldiklərini təsdiqləyiblər.

Marko Rubio bildirib ki, bilet sürətləndirilmiş qeydiyyata zəmanət verir, lakin viza almağa və ya ölkəyə daxil olmağa zəmanət vermir. Azarkeşlər yenə də tam yoxlamadan keçəcəklər.

DÇ-2026 gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək.

Həmin kateqoriyadan