“Azarkeşlərimizi sevindirməyə çalışacağıq”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İslandiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis görüş barədə bunu deyib:

“Sabah bizi gərgin və önəmli oyun gözləyir. Evdə çıxış edəcəyik. İslandiya üçün də çox vacib görüşdür. İmkanlarını davam etdirmək istəyəcəklər. Oturuşmuş heyətləri, Avropanın böyük futbol ölkələrində çıxış edən futbolçuları var. Yeni baş məşqçinin gəlişindən sonra özünəməxsus oyun nümayiş etdirirlər. Buna baxmayaraq, futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. Onların bizi tək qoymayacağını və komandamıza motivasiya verəcəyinə inanıram. İslandiya son oyunda Fransadan xal alıb. İtkilərimiz olsa belə, milliyə çağırılanlar üçün yeni fürsət yarana bilər. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Gələcəyimiz baxımından bu qarşılaşmalar bizim üçün vacibdir. Son matçlardakı əzmkarlığımızı davam etdirərək xal qazanmalıyıq”.

Həmin kateqoriyadan