- Baxış sayı: 24
- 10 Mart 2026 16:28
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Niderland çempionatında “Qroningen” və “Ayaks” matçı azarkeşlərin təşkil etdiyi iğtişaşlar səbəbindən başa çatmayıb.
Allsport.az xəbər verir ki, görüş birinci hissənin 9-cu dəqiqəsində dayandırılıb. Matçda hesab açılmayıb.
Dayandırılan matç, Niderlandda bu mövsüm azarkeşlərə görə təxirə salınan ilk oyun olmayıb.
Bir aydan bir az əvvəl kubokun yarımfinal mərhələsinin “Feyenoord” və “Ayaks” oyununda hakim iki dəfə görüşü dayandırıb. Birincisi, yanan məşəllərdən meydançanın üzərində əmələ gələn tüstü, daha sonra isə “Ayaks”ın yarımmüdafiəçisi Davi Klassenin başına cisim dəydiyi üçün. Hər iki hadisə “Feyenoord” azarkeşlərinin günahı olub.