- Baxış sayı: 25
- 05 Dekabr 2025 10:28
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

“Turan Tovuz” premyer liqanın XI turunda səfərdə “Zirə” ilə heç-heçə edib – 0:0.
Allsport.az xəbər verir ki, oyundan sonra baş məşqçi Qurban Berdıyev mətbuat konfransında iştirak bunu deyib:
“Komandam adından Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Oyuna gəldikdə, təxmin etdiyimiz kimi çətin oyun oldu. Azlıqda qaldıqdan sonra bizə daha da çətin oldu. Uşaqlara xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Əks-hücumda kifayət qədər təhlükəli vəziyyət yaratdılar”.