Azmanlarımız dünya çempionatı ərəfəsində

Ağırlıqqaldıranlar arasında milli komandamız 4-16 noyabrda Qazaxıstanın Almatı şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.  Allsport.az saytı xəbər verir ki, yeni baş məşqçi Tomaş Feher artıq heyəti müəyyən edib. Macarıstanlı mütəxəssis Rio olimpiadasına lisenziya xalı verəcək yarışa 13 idmançı ilə yollanacaq. Seçməmizin əsas heyətinin 18 ağırlıqqaldıranı dopinqdə düşdüyündən, o, komandadan kənar qalanlara və gənclərə güvənəcək.

Qadınlar – 53 kq: Boyanka Kostova (1993), Gülçin Əlizadə (1997); 63 kq: Elnurə Abbasova (1997); 69 kq: Anastasiya İbrahimli (1993)
Kişilər – 56 kq: Elmar Əliyev (1987); 62 kq: Rüstəm İmanzadə (1998), Rauf Nəbiyev (1990); 69 kq: Əfqan Bayramov (1983); 77 kq: İvan Stoitsov (1985); 94 kq: Orxan Əliquluzadə (1991), Rövşən Fətullayev (1987); 105 kq: Dadaş Dadaşbəyli (1996) və +105 kq: Azər Məmmədli (1995)

Həmin kateqoriyadan