Azmanlarımız dünya çempionatı üçün Xəzərin o tayına yollanıb

1-10 noyabrda Türkmənistanın paytaxtında ağırlıqqaldıranların dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Aşqabad olimpiya kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 idmançı mübarizə aparacaq.

Bu sınaqda millimiz də iştirak edəcək. Heyətə Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi – 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (73 kq), Kənan Əliquliyev (81 kq), Tarmenxan Babayev (89 kq) daxil ediliblər.

Həmin kateqoriyadan