Azmanların ölkə çempionatı başa çatıb

Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında ölkə çempionatı başa çatıb. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, 2-ci yarış günündə körpücük üzərinə çəkisi 85, 94, 105 və +105 kq olan idmançılar çıxıblar. “Zirvəçilər” bu dəfə də fərqlənərək komandamızın hesabına 3-ü qızıl olmaqla, ümumilikdə 5 medal yazdırıblar.

94 kq çəki dərəcəsində qızıl medal uğrunda mübarizə xüsusilə maraqlı alınıb. “Sumqayıt-Zirvə” atleti Elnur Hüseynovla “Lənkəran-Zirvə” atleti Orxan Əliquluzadə arasındakı çempionluq savaşı ağırlıqqaldırma sevərlərə həyəcan bəxş edib. Ard-arda çəkiləri ram edən idmançıların çıxışları alqışlarla müşayiət olunub. Sonda toplamda hər iki idmançı 313 kq nəticə göstərib. Ancaq şəxsi çəkisi rəqibindən az olan Elnur bu çəkidə Azərbaycan çempionu adını qazanıb.

Daha 2 qızıl medal isə ağır çəkilərdə Vasif Səfərov (105 kq) və Azər Məmmədlidən (+105 kq) gəlib. Beləliklə, “Zirvə” İdman Klubunun atletləri ölkə çempionatında ümumilikdə 16 medala sahib çıxaraq, klubların yarışında hamıdan üstün olublar.

Həmin kateqoriyadan