- Baxış sayı: 71
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə juboksinq citsu üzrə dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışa 9 ölkə qatılıb.
Millini 55 kq-da təmsil edən texniki universitetinin “Maşınqayırma və robototexnika” fakültəsinin 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gəlib.
AzTU-nun rektoru Vilayət Vəliyev idmançı tələbəmiz və onun məşqçisi Hikmət Mahmudovla görüşüb, onları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar arzulayıb.