- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir”.
Allsport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa ilə oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mustafazadə səfərdən sərfəli nəticə ilə dönmək istədiklərini söyləyib: “Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.