Bəhram Bağırzadə: “Bunu deyənlər düşüncəsiz insanlardır”

“Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə “Qarabağ”la Azərbaycan kubokunun final oyununun Qəbələdə keçirilməsi qərarına münasibət bildirib. Allsport.az xəbər verir ki, tanınmış aktyor qol.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının bu addımını müsbət qiymətləndirdiyini deyib:

“Bizim üçün fərqi yoxdur. Lap Naxçıvanda keçirilsin. Azərbaycanın bütün şəhərlərində futbol inkişaf etdirilməlidir. Qəbələnin əhalisi də futbola canlı baxacaq. Bunun nəyi pisdi ki? Azərbaycan tək Bakıdan ibarət deyil”.

Klub rəsmisi “Neftçi”nin “Qəbələ” azarkeşləri ilə problemi olduğu üçün final matçının Qəbələdə keçirilməsinə razı olmaması haqda yayılan fərziyələrin düzgün olmadığını bildirib: “Bizim heç kimlə problemimiz yoxdur. Tək problemimiz ermənilərlə bağlıdır. Hansı ki, bugünlərdə 28 yaşlı sabiq futbolçumuzu öldürüblər. “Qəbələ” azarkeşləri ilə heç bir problem ola bilməz. Bunu deyənlər düşüncəsiz insanlardır”.

Həmin kateqoriyadan