- Baxış sayı: 39
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 37
- Aprel 11, 2025
- 0
Azərbaycan premyer liqasının IX turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, Abasov futbolçularından razı olduğunu bildirib: “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışırdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Bugünkü mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq”.