- Baxış sayı: 21
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ”yə yeni bas məsqçinin gəlisindən sonra komandada müsbət dəyisiklik çoxdur. Nəticələr də bunu göstərir. Bir qədər əvvəl Avroliqaya vəsiqə verən 4-cü yer ugrunda mübarizə aparırdıqsa, indi məqsədimiz bürünc medallara yiyələnməkdir. Bu istəyimizə çatmaga çox yaxınıq”. Allsport.az xəbər verir ki, bu fikirləri “Qəbələ İK”ya acıqlamasında Bəxtiyar Soltanov deyib.
“Özümüz də bunu gözləmirdik”
26 yaşlı yarımmüdafiəçi mövsümə “Araz Naxçıvan”da başlasa da, komandası II dövrədə çempionatda oynamaqdan imtina etdikdən sonra sərbəst futbolçu kimi “qırmızı-qaralar”a keçmişdi. Futbolçu “Qəbələ”yə gəldiyi dövrlə indiki komanda arasında müqayisə aparıb:
“Mən gələndə komandada vəziyyət ürəkaçan deyildi. “Araz Naxçıvan” çempionatda mübarizədən kənarlaşdığına görə “Qəbələ”nin 6 xalının silinməsi turnir cədvəlindəki mövqeyimizə mənfi təsir etmiş, futbolçularda psixoloji gərginlik yaratmışdı. Birdən-birə 2 pillə geriləməyimiz futbolçuları ruhdan salmışdı. Ancaq mövsümün ikinci yarısı gözgörəsi yaxşı keçdi. Ardıcıl 8 qələbə komandadaxili ab-havanı xeyli yaxşılaşdırdı. 11 oyunluq məğlubiyyətsiz seriya əla göstəricidir. Ümid edirəm, son turda da qalib gələrək mövsümü medalla bitirəcəyik. Daha sonra Avroliqa oyunlarına hazırlığa başlayacağıq. Bu turnirdə məqsədimiz bir yox, bir neçə mərhələ keçmək olacaq”.
Soltanov komandanın yüksəlişdə olmasını ukraynalı mütəxəssisin həm də intizama xüsusi üstünlük verməsi ilə əlaqələndirdi: “Adi səhvlərdən topu itiriləndə, Qriqorçuk çox əsəbiləşir. Rəqibin adi epizodda topu ələ keçirməsini bizə bağışlamır. Ancaq baş məşqçinin çox tələbkar olmasının bizə mənfi təsiri yoxdur. Olsaydı, hər halda, belə uğurlu nəticələr qazanmazdıq. 8 oyunluq qələbə seriyası “Qəbələ”nin tarixində ilk dəfədir. Bu seriyada iştirak etdiyimə görə sevinirəm. Çox mehriban kollektivimiz var. Baş məşqçi futbolçular arasında ayrıseçkiliyə imkan vermir, hamıya eyni gözlə baxır. Hər şey də bundan qaynaqlanır. Qriqorçukun vaxtında gələnlər gənclər yox, təcrübəli, öz sözünü demiş futbolçulardır. Hamısı komandaya fayda verir. Hər qələbə biz futbolçularda özünəinamı artırdı. Nəticədə, uğurlu oyunlarımız seriya xarakteri aldı. Özümüz də bunu gözləmirdik”.
“Bakı”dan xoş hisslərlə ayrılmışam”
Bəxtiyar komandaya gəlişindən az sonra məhsuldarlığı ilə diqqət mərkəzinə düşməyi bacardı. Ölkə kubokunu da nəzərə alsaq, o, qısa müddətdə 4 qol vura bilmişdi. Ancaq nədənsə, futbolçu Roman Qriqorçukun gəlişindən sonra fərqlənə bilmir: “Əslində, indi qol şansım daha çox olur. Demək olar, hər oyunda fərqlənmək imkanı əldə etsəm də, istifadə edə bilmirəm. Buna görə baş məşqçi mənə irad bildirib. Həlledici zərbəni vura bilməməyimin ciddi səbəbi yoxdur. Sadəcə, nəsə alınmır. Əlbəttə, bu çatışmazlığı aradan qaldırmağa çalışıram. Amma qol vurmasam belə, komandamın qələbəsi üçün əlimdən gələni edirəm. Daha çox yarımmüdafiənin sağ cinahında oynasam da, bəzən matçın gedişində baş məşqçinin istəyi ilə sola keçirəm. Rəqabətdən də çəkinmirəm. Mövqeyimə gələcək futbolçu ilə əsas heyət uğrunda mübarizə aparmağa hazıram”.
“Qəbələ”yə gələndə “6 ay +1 il” şərti ilə müqavilə imzalayan Bəxtiyar gələcək taleyini zamanın ixtiyarına buraxıb: “Təbii, komandada qalmaq istəyirəm. Mənə “Qəbələ”də oynamaq hər cəhətdən rahatdır. Hər futbolçu istəyər ki, ailəsi yanında olsun. Mən də ailəmi Qəbələyə gətirmişəm. Sağ olsun rəhbərlik, buna şərait yaradıb. Ailən yanında olanda, özünü daha rahat hiss edirsən“.
Soltanovu son turda ona yaxşı tanış olan komandayla sınaq gözləyir. Çünki “Bakı” karyerasında ilk və uzun müddət şərəfini qoruduğu klubdur: “Futbola gəlişimdə daha çox bu kluba borcluyam. Ancaq desəm ki, bu amil məndə “Bakı”yla oyunöncəsi motivasiya yaradır, doğru olmaz. “Bakı”dan xoş hisslərlə ayrılmışam və klubla aramda prinsipiallıq yoxdur. Sabiq komandam hazırda yaxşı günlərini yaşamır. Ona görə də, “Bakı”nın yetirməsi kimi onun indiki vəziyyətinə acıyıram. Ümid edirəm, orada vəziyyət yaxşılığa doğru dəyişər. İstənilən halda, komandada arxayınlaşma yoxdur, oyuna ciddi hazırlaşmışıq. Rəqibin durumundan asılı olmayaraq, bu oyuna da qələbə üçün çıxacağıq”.