- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Neftçi” premyer liqasının VI turunda evdə “Karvan-Yevlax” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “xalq komandasının baş məşqçisi Samir Abbasov açıqlama verib:
“Bu oyun da daxil olmaqla, rəqibə bir epizod belə vermədən, epizod yaradıb, amma qol vura bilməyib itirdiyimiz xallar, doğrudan da, üzücüdür. Xüsusilə bu gün. Çünki son matçlara baxanda, bu qədər templi, dinamik oyun, ümumiyyətlə, görməmişdim. Xal itirməyimizə baxmayaraq, futbolçulardan çox razıyam.
Müdafiəyə oturmuş komandalara qarşı dərsliklərdə nə tələb olunursa, “Neftçi” bu gün, demək olar ki, hər şey elədi. Həm ortadan və cinahdan hücumlar, həm uzaqdan zərbələr – hamısı var idi, amma bəxtsizliyə o qədər məyus oluruq ki, bunun cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq və düşünürəm ki, qollar gələcək. Keçən matçdan sonra çox ümidliydik ki, artıq tilsim qırıldı, amma olmayanda olmur”.