- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

“Müdafiədə axsayırıq”.
Allsport.az xəbər verir ki, bunu konfrans liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə Kipr “Omoniya”sına 0:4 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
O, komandanı 2 istiqamətdə hazırladıqlarını söyləyib: “Təəssüf ki, alınmadı. Bəzən istəyirsən, amma sonluğu uğurlu edə bilmirsən. Düzdür, bu gün bəzi futbolçular fərdi çıxış etdilər. Onların özgüvənini əlindən ala bilmərəm. Qarşıda cavab görüşü var. Orda var gücümüzü ortaya qoyacağıq”.