- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Sabah Kişinyovda beynəlxalq yoldaşlıq oyununda Moldova və Azərbaycan futbolçuları üz-üzə gələcəklər. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında millimizin baş məşqçisi Canni de Byazi bunu deyib:
“Sabah çox vacib oyunumuz olacaq. Sentyabrda keçirəcəyimiz seçmə oyunlardan öncə son sınağımızdır. Təlim-məşq toplanışı ərzində iki yaxşı oyun keçirmişik. Sabah çox yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Moldova Türkiyə ilə oyunda yaxşı futbol nümayiş etdirdi. Roberto Bordin yaxşı komanda formalaşdırıb. Çox diqqətli olmalıyıq. Çalışıb nəticə qazanmalıyıq.
Təkcə azarkeşlər deyil, özümüz də yaxşı oyun görmək istəyirik. Belarusla oyunda yaxşı oynadığımızı düşünürəm. Eyni tempdə 90 dəqiqə mübarizə aparmaq lazımdır. Bəzi inkişaf göz önündədir. Misal üçün, Belarusla oyunda qapı istiqamətinə 22 zərbə endirməyi bacarmışıq. Futbolda bu cür statistikalar vacib göstəricilərdir.
Həmin oyunda nəyə görə qalib gəldiyimizi göstərir. Eyni oyunçuların bir yerdə oynaması daha yaxşı olar. Amma dəyişikliklər də olacaq. Təlim-məşq toplanışında iştirak edən hər futbolçunun nəyə qadir olduğunu bilmək vacibdir. Millinin qapısı hər futbolçuya açıqdır. Komandada milli ruh və təşkilatçılıq olmalıdır”.