- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 9-cu turunda “Qəbələ” səfərdə “Keşlə”yə 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaq komandanın çalışdırıcısı Elmar Baxşıyev bunu deyib:
“Oyunun bizim üçün ağır keçəcəyini öncədən bilirdik. İki futbolçumuz matçı buraxmalı idi. Buna görə də heyəti qurmaqda çətinliklə üzləşmişdik. Amma buna baxmayaraq, birinci hissəni çıxmaq şərti ilə komanda ikinci hissədə özünə bənzədi, istədiyimizi meydanda göstərməyə başladı.
Heyətdə müəyyən dəyişikliklər vardı. Bəzi oyunçular ilk dəfə həmin mövqedə oynayırdılar. İkinci hissədə sistemdə də dəyişiklik etdik. Bu da komandaya yeni güc verdi. Buraxılan qolda Faiq Hacıyevin səhv etdiyini deməzdim. Gənc, potensiala malik oyunçudur. Ona gələcəkdə də fürsət verəcəyik.
İki hissəni müqayisə etsək, böyük dəyişiklik olmadı. Fasilədən sonra, ikinci hissədə komanda daha istəkli idi. Bunun sayəsində rəqibdən üstün olmağa çalışdıq”.