Badminton 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları ailəsinə daxil olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, 27 növündə 12 ölkədən olan 4 mindən çox idmançının qüvvəsini sınayacağı yarışlarda növbə badmintonçulara çatıb.

1992-ci ildən olimpiya oyunlarının proqramına daxil edilən bu növ yetərincə maraqlı və baxımlı olmasıyla seçilir. Azərbaycanda da geniş yayılmağa başlayan badmintonda perspektivli gənclərin sayı çoxdur. Məhz onların bir çoxu “Zirvə” oyunlarında çıxış edərək digər beynəlxalq yarışlar üçün təcrübə qazanmaq imkanı əldə etdilər.

Qızlar və oğlanlar olaraq iki qrupa ayrılaraq qalibləri müəyəyn ediblər. Əli Gözəlov və İntizar Mustafayeva bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər. Sonda həm onlara, həm də digər mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan