- Baxış sayı: 129
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 202
- Fevral 04, 2026
- 0

Noyabrın 20-23-də Bakıda 1 nömrəli idman liseyinin badminton zalında Azərbaycan çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, beş kateqoriya üzrə keçiriləcək turnirdə 1 oyunçu 3 kateqoriyada iştirak edə bilər. Çempionat Olimpiya sistemi üzrə 1-4 yerləri təyin etməklə keçiriləcək. Yarışlar 3 mərhələ üzrə oynanılacaq.
Azərbaycan çempionatının keçirilməsində məqsəd şəhər və rayonlarda badmintonun yayılmasına və inkişafına nail olmaq, perspektivli badmintonçuları aşkar etmək, beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir.