- Baxış sayı: 72
- 19 Mart 2026 16:25
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Tatarıstanın paytaxtı Qazanda keçirilən MDB oyunlarında badminton üzrə milli komandamız qrup mərhələsində Belarusla qarşılaşıb.
Allsport.az xəbər verir ki, beş kateqoriya üzrə keçirilən komanda yarışında badmintonçularımız 4:1 hesabı ilə qalib gəlib.
Komandamız qrup mərhələsində növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 15:30-da Özbəkistan komandasına qarşı keçirəcək. III turda isə komandamız Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qrup mərhələsində IV və V turun görüşləri sabah keçiriləcək. Badmintonçularımız Qazaxıstan və Rusiyanı təmsil edən komandalarla qarşılaşacaq.