- Baxış sayı: 49
- 18 Noyabr 2024 12:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Badminton millimiz İranın Kərəc şəhərində “Fəcr” turnirində çıxış edib. Allsport.az saytı xəbər verir ki, Edi Reski Dviçayo kişilərin şəxsi yarışında mübarizəyə 1/8 finalda Malaziya təmsilçisi Tek Zi Sooya uduzub (0:2). Mübarizəyə əsas mərhələdən başlayan Ezmi Qovimuramadhoni görüşdə portuqaliyalı Bernardo Atilanoya 0:2 hesabı ilə məğlub olub. Cahid Əlhəsənov Şayan Rezarobobi (0:2), Vaqif İsmayılov Məhəmməd Pairavand (0:2), Aqil Qəbilov Mətin Moğimi (0:2), Rəvan Niftəliyev Əli Hüseynxani (0:2), Səbuhi Hüseynov isə Əlirza Qasemiyə (0:2) uduzublar.
Kişi badmintonçuların qoşa yarışında idmançılarımızdan Edi Reski Dviçayo – Ezmi Qovimuramadhoni tandemi turnirin 1/4 finalına kimi irəliləyib. Seyid Mircəfərov – Rəvan Rüstəmov 1/16 finalda Türkiyə idmançıları Sərdan Qoca – Sərhat Səlim (0:2), Aqil Qəbilov – Rəvan Niftəliyev isə Çex Respublikası idmançıları Yaromir Yanaçek – Tomaş Svejda qoşasına (0:2) yenilib. İlk görüşünü rəqibinin korta çıxmaması səbəbindən texniki qələbə ilə başa vuran Cahid Əlhəsənov – Səbuhi Hüseynov qoşası 1/8 finalda Əlirza Kərəmi – Nima Rostampourlagaldani (İran) tandeminə uduzub (0:2).
Qadınların qoşa kateqoriyasında Nigar Əliyeva – Nərmin Şərifova Nazənin Bəşiri – Nastaran Kərəmi (İran) qoşasına 0:2 hesabı ilə uduzub. Xavər Bayramova – Adilə Mehdiyeva tandemi isə Sayeh Xəlil Rəhman – Parnia Nabavi (İran) cütünə 0:2 hesabı ilə uduzub.