- Baxış sayı: 43
- 13 Aprel 2025 14:35
- Baxış sayı: 89
- Aprel 14, 2025
- 0
Yeniyetmə və uşaq badmintonçularımız 22-25 iyunda Serbiyanın Novi Sad şəhərində keçiriləcək “Serbian Youth Inernational” turnirində iştirak edəcək.
Allsport.az xəbər verir ki, U-11, Qəndab Niftəlizadə, Ömər Teymurlu və Fərəc Kərimli U-13, Əli Gözəlov, Aysu Kərimzadə və Leyla Camalzadə isə 15 yaşadək badmintonçuların yarışında şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil edəcək. Azərbaycan badminton federasiyasının baş katibi Ramil Hacıyev turnir öncəsi komandamızın üzvləri ilə görüşərək onlara dəstəyini ifadə edib.
Yeniyetmə və uşaq badmintonçularımız ardıcıl olaraq ikinci il Novi Sad şəhərində keçiriləcək “Serbian Youth International” turnirinə qatılacaq.
Badmintonçularımız daha öncə İsrail və Estoniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edərək mükafatçılar sırasında yer almağı bacarıb.