- Baxış sayı: 44
- 18 Noyabr 2024 12:07
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Badmintonçularımız Ankarada keçirilən “Türkdilli dövlətlərin beynəlxalq badminton turniri”ndə 9 medal qazanıb!
Allsport.az xəbər verir ki, yarışın son oyun günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
5 kateqoriyadan 4-də finalda təmsil olunan badmintonçularımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
Kişi badmintonçuların şəxsi yarışında həlledici qarşılaşmada milli komandamızın lideri Edi Reski Dviçayo digər təmsilçimiz Diki Pangestuya qalib gəlib.
Edi-Diki tandemi kişi badmintonçuların qoşa yarışında da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.
Qarışıq qoşa kateqoriyasında yarışan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra turniri gümüş medalla başa vurub. Keişa daha bir gümüş medalı qadın badmintonçuların şəxsi yarışında millimizin hesabına yazdırıb.
Bundan əlavə, Era Maftuha qadın badmintonçuların şəxsi yarışında, Diki Pangestu-Era Maftuha qarışıq qoşa, Leyla Camalzadə-Həcər Nuriyeva və Era Maftuha-Keişa Fatimə Zəhra qadınların qoşa mübarizəsində bürüncə yiyələnib.