- Baxış sayı: 42
- 13 Aprel 2025 14:35
- Baxış sayı: 84
- Aprel 14, 2025
- 0
5 nömrəli peşə liseyində badminton federasiyası ilə Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə 2002-2004 təvəllüdlülər arasında paytaxt birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 27 oğlan və 16 qız iştirak edib. Final görüşləri martın 10-da olub. Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.
Şəxsi oğlanlar: 1.Aqil Qəbilov, 2.Vaqif İsmayılov, 3.Rəvan Niftəliyev. Şəxsi qızlar: 1.Nigar Əliyeva, 2.Elnurə Cəfərova, 3.Xavər Bayramova. Qoşa oğlanlar: 1.Rəvan Niftəliyev – Aqil Qəbilov, 2.Adəm Əliyev – Vaqif İsmayılov, 3.Cavanşir Kişiyev – İsazadə Zaur.
Qoşa qızlar: 1.Nİgar Əliyeva – Elnurə Cəfərova, 2.Həcər Nuriyeva – Fatimə Əşrəfova, 3.Xavər Bayramova – Fidan Salmanova. Qarışıq – qoşa: 1.Elnurə Cəfərova – Aqil Qəbilov, 2.Nigar Əliyeva – Rəvan Niftəliyev, 3.Nərmin Şərifova – Zaur İsazadə.
Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.