Badmintonçumuz 1/4 finalda

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib

Allsport.az xəbər verir ki, o, Toma Junior Popovla qarşılaşacaq.

Edi mübarizəyə Bolqarıstan təmsilçisi Dimitar Yanakievlə start verib. O, rəqibini 2:0 (21:10, 21:18) hesabı ilə məğlub edib. Dviçayo növbəti mərhələdə Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21:13, 21:13)

Badmintonçumuz 1/4 finala yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşıb. Edi güclü rəqibini 2:1 (21:19, 12:21, 21:19) hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan