- Baxış sayı: 61
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Edi Reski Dviçayo “International” seriyalı “Yoneks Lüksemburq open-2023” turnirində gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, badmintonçumuz Edi Reski Dviçayo Lüksemburqda keçirilən beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıb.
Mübarizəyə əsas mərhələdən başlayan Edi ilk görüşündə polşalı Mikolaj Szimanovskiyə 2:0 (21-6,21-19) hesabı ilə qalib gəlib. Dviçayo növbəti görüşündə avstriyalı Gnedt Volfqanqı mübarizədən kənarlaşdırıb-2:0 (21-16,21-17).
Badmintonçumuz yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniya təmsilçisi Mattias Kicklitzi 2:0 (21-10,21-10) məğlub edib.
3 set davam edən, gərgin və maraqlı mübarizə şəraitində keçən yarımfinal görüşündə isə badmintonçumuzun rəqibi indoneziyalı Krişna Adi Nugraha olub. Rəqibinə 2:1 (21-17,10-21,21-19) hesabı ilə qalib gələn Edi yalnız finalda uduzub.
Həlledici görüşdə hindistanlı Sankar Muthusamuyə 0:2 (11-21,19-21) hesabı ilə məğlub olan Edi Reski Dviçayo turnirin gümüş medalını qazanmaqla yanaşı hesabına 2130 reytinq xalı əlavə edib.