- Baxış sayı: 26
- 08 Aprel 2025 23:26
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Oktyabrın 27-də Belçikanın Leuven şəhərində “International challenge” kateqoriyalı “YONEX Belgian international 2021” badminton turniri start götürüb.
Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı badmintonçumuz Edi Reski Dviçayo təmsil edir. İdmançımız oktyabrın 28-də onaltıdabir final mərhələsində almaniyalı badmintonçu Kay Şeferlə qarşılaşacaq.
Turnirdə 123 idmançı birincilik uğrunda mübarizə aparır.
Mükafat fondu 15 min dollar olan yarış oktyabrın 30-dək davam edəcək.