- Baxış sayı: 1901
- 09 İyun 2017 11:22
- Baxış sayı: 110
- Dekabr 05, 2025
- 0

Martın 11-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım sazişi imzalanıb. Allsport.az xəbər verir ki, sazişə əsasən “Bakı-2015” yarışları 17 gün boyunca həm AzTV, həm də AzTV Sport (İdman Azərbaycan) kanallarında nümayiş olunacaq.
O cümlədən, mümkün qədər çox canlı yarışlar, möhtəşəm açılış və bağlanış mərasimləri və ölkə boyunca məşəlin ötürülməsi turu nümayiş etdiriləcək. Tədbirdə çıxış edən gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov ilk Avropa Oyunlarının Azərbaycanın tarixində mühüm məqam olacağını söyləyib. AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən nazir bildirib ki, bütün ölkəmizin bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləyəcəyi çox sevindirici məqamdır.