- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Ötən gün birinci Avropa Oyunlarının alovu Bakı ilə tanışlığını İçərişəhərlə davam etdirdi. Allsport.az xəbər verir ki, Bakının dünənindən bu gününə və sabahına körpü olan İçərişəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. O, bir canlı orqanizm kimi, şəhərin rəmzi, onun döyünən ürəyidir.
“Qədim Bakı” çay evində müğənni Ədalət Şükürovun iştirakı ilə fotoçəkiliş aparıldıqdan sonra, Bakının yeni rəmzlərindən birinə çevrilmiş və memarlığı ilə göz oxşayan “Alov qüllələri”ndən başlandı. Hündürlцyü 190 metr olan qüllədən kəndirlə enən məşəlçi, alpinist Rinat Rəhimxanov estafetə start verdi.
Karvan sonra İçərişəhərə yola düşdü. İçərişəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar сarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb. Sahəsi 22 hektar olan ərazidə sanki divarlarda əsrlərin memarlığının, sənətkarlığının dili ilə danışır, söhbət açır, bizi keçmişimizə aparır. Yüksək təpə üzərində amfiteatr formasında salınmış bu qədim şəhər hündürlüyü 8-10 metr, eni 3,5 metr olan üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladır.
Bakının ən möhtəşəm və sirli memarlıq abidəsi olan qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın yaxınlığında yerləşən qülləşəkilli nadir abidə olan Qız qalasının hündürlüyü 28 metrdir. Xəzər dənizinin kənarında dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindirik formada tikilmiş qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür və 2000-ci ildə UNESCO-nun Dünya иrsi siyahısına salınıb. Qafqaz Albaniyasının müdafiə qalalarındaki memarlıq elementləri ilə oxşarlığı əsasında, onu eramızın V-VI əsrlərinə aid etmək olar. Qalanın diametri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı 5 metrə çatır.
Yürüş daha sonra Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi, yunan-Roma güləşçisi Fərid Mansurov, müğənni Faiq Ağayev, Pekin-2008 olimpiadasının qalibi, cüdoçu Elnur Məmmədli, atletika veteranı, Moskva-1980 Yay Olimpiya Oyunlarının hakimi olmuş Abbas Əzimov, «Bakılı oğlanlar» ŞHK-nin çempion heyətinin üzvü olmuş Bəhram Bağırzadə, yunan-Roma güləşi üzrə 2010-cu ilin dünya çempionu Həsən Əliyev, voleybol veteranı, «Tоp komandalar kuboku»nun qalibi Alla Həsənova, bəstəkar, dirijor Yalçın Adıgözəlov, musiqiçi Ənvər Sadıqov, aktrisa Şəfiqə Məmmədova, Avropa Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos və bəstəkar, müğənni Tünzalə Ağayevanın iştirakı ilə davam edərək, XXI əsrdə inşa olunmuş Məhəmməd məscidinin qarşısından keçməklə İçərişəhərin göz oxşayan tarixi küçələri ilə davam etdi.
Məşəl estafetinə Azərbaycan memarlığının incilərindən Şirvanşahlar sarayında başa vuruldu. UNESCO-nun Ümumdünya irsinə daxil olan bu ərazi estafet üçün möhtəşəm ab-hava yaratdı.
Orta əsrlərdə Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürülür və şəhərin ən yüksək nöqtəsində Şirvanşahlar Sarayı ucaldılır. Sarayın ansamblı hər biri bir tarix olan 9 tikilidən – saray binası, divanxana, dərviş və saray türbələri, şərq darvazası, saray və Keyqubad məscidləri, hamam və ovdandan ibarətdir. Sarayın yerləşdiyi ərazi mürəkkəb relyefli olduğundan, vahid memarlıq strukturu yoxdur. Amma tikililər sanki biri digərini tamamlayıb gözəlləşdirir və ən müxtəlif nöqtələrdən saray ansamblının tərkib hissəsi kimi görünür.
Alovun İçərişəhərə səyahətini və komandanın gəzintisini foto və video obyektivlərin hədəfində idi. Şirvanşahlar sarayında Tünzalə Ağayeva, «Yay» qalereyasında aktyor, Xalq artisti Rasim Balayev, «Nə? Harada? Və Nə vaxt?» intellektual oyunlarının çempionu Günel Babayeva İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində, SSRİ Xalq artisti, dünya şöhrətli rəssam Tahir Salahovun yaradıxılıq emalatxanası olmuş özünün ev-muzeyində, «Nə? Harada? Və Nə vaxt?» intellektual oyunlarının çempionu Adnan Axundov İçərişəhərdəki sıra tağlı dini-memarlıq kompleksində açıq səma altında daş abidələri ekspozisiyasında, muğam ifaçısı, Xalq artisti Arif Babayev arxeoloji parkında, rəssam Əli Şəmsi öz evində, muğam ifaçısı Canəli Əkbərov Muğam karvansarasında, müğənni Zülfiyyə Xanbabayeva Qız qalasında fotoçəkilişlərdə iştirak etdilər.
Bakı 2015-in mərasimlər üzrə direktoru Katerina Uqvu alovun bu tarixə səyahəti barədə dedi: “Bakı, olduqca zəngin tarixi və mədəni irsə sahibdir. Alovun səyahətinin daha bir gününü İçərişəhərdə keçirməklə, ev sahibi Bakının bu gözəl irsini dünyaya tanıtmaq və nümayiş etdirmək fürsəti qazanmışıq”.