- Baxış sayı: 1715
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı 2015 alovunun Birinci Avropa Oyunlarının keçiriləcəyi şəhərə daxil olmazdan əvvəl son dayanacağı ötən gün – iyunun 6-da Qobustan Milli Parkı oldu. Allsport.az xəbər verir ki, 537 hektar ərazidə daş dövrü və daha sonrakı zamanlarda bu torpaqlarda insanların məskən salması barədə sübutlar – qayaüstü rəsmlər, qəbirüstü abidələr və digər tarixi dəlillərin bir məkanda cəmlənməsi təbiətin möcüzəsidir.
Qobustan Milli Parkı açıq səma altında qoruq-muzeydir. Dünya əhəmiyyətli abidə kimi, 2007-ci ilin iyun ayında Qobustan Dünya mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə açılmış və ümumi sahəsi 2 min 460 kvadratmetr olan muzey və inzibati bina kompleksində ən yeni və innovativ metodlarla əks olunan məlumat bazaları ilə Qobustan ziyarətçilərini heyran qoyur. Xüsusi mulltimedia proqramları sensor ekranları həm maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D film və s. əks etdirir. 360 dərəcə dövr edən xüsusi aparatla istənilən abidəni izləmək olur. Muzeyin fondunda 100 mindən çox arxeoloji materiallar toplanıb.
Parkda 283 m2 sahədə 2 teleskopun quraşdırıldığı baxış meydançası var. Hazırda Qobustan qoruğunda 1000 qaya üzərində 6000-dən artıq qayaüstü təsvir aşkar olunub, 40-dan çox kurqan və 20-ə yaxın qədim yaşayış məskəni qeydə alınıb, 105 min maddi mədəniyyət əşyaları elmi cəhətdən tədqiq edilib.
Daha sonra arxeoloji muzeyin qarşısından estafetin paytaxtadn kənar son mərhələsi başlandı. 1,8 km-i əhatə edən yürüşü «Sabahin alimləri» musabiqəsinin qalibi, tarix fənni üzrə olimpiadanın qalibi, Heydər Əliyev-92 inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başladı. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak etdilər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq, Bakı 2015-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırdı.
Mərasim Bakı 2015-ə həsr olunmuş bədii proqramla davam etdirildi. Bakı 2015-in Milli parka hədiyyəsi olan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim etdi.
Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüartlarını bölüşdü: “Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Minillərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci dəfə keçiriləcək Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.
Alov səyahətindən şəkillərə baxmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Beləliklə, Bakı 2015-in məşəli paytaxta üz tutmağa hazırdır. Sabah, iyunun 7-də alov paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – Birinci Avropa Oyunlarının tarixi açılış anı başlayana qədər paytaxtın gəzməli-görməli yerləri ilə tanış olacaq.