- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi bu gün gimnastika yarışı ilə bağlı olaraq Bakı şəhərində Milli Gimnastika Arenasında keçirilmiş püşkatmanın nəticələrini təsdiq edib. Allsport.az xəər verir ki, Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Jorj Gelzek tərəfindən rəhbərlik edilən və Azərbaycan Gimnastika Federasiyası (AGF) və Bakı-2015 tərəfindən kömək göstərilən püşk birinci Avropa Oyunlarında gimnastların beş gimnastika növü üzrə yarışacağı qaydanı müəyyənləşdirir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: “Bu gün birinci Avropa Oyunlarında möhtəşəm və həyəcanverici gimnastika yarışının baş tutmasına imkan yaradan əhəmiyyətli bir tədbir qeyd olunur. Əminəm ki, UEG və AGF-nin dəstəyi ilə biz bu yay Bakı şəhərində həm atletləri, həm də tamaşaçıları məmnun edəcək və əyləndirəcək bir yarış keçirəcəyik”.
Püşkatma tədbiri 4-6 mart tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək gimnastika üzrə birgə açıq Azərbaycan çempionatı ərəfəsində baş tutub. Gimnastika üzrə birgə açıq Azərbaycan çempionatı Avropa Oyunları öncəsi keçirilən “Baku Prepares” tədbirləri çərçivəsində təşkil olunan sınaq yarışıdır.
Avropanın ən yaxşı gimnastları aşağıdakı beş növdə yarışacaq:
– İdman gimnastikası: Yarışlar 14 iyundan başlayaraq dörd gün davam edəcək; 179 kişi və qadın idmançının iştirakı ilə komanda və fərdi çıxışlarda 14 komplekt medal oynanılacaq;
– Aerobika gimnastikası: Yarışlar 17 iyundan başlayaraq üç gün davam edəcək; qarışıq cütlərdə və qruplarda 67 idmançının iştirakı ilə 2 komplekt medal oynanılacaq;
– Akrobatika gimnastikası: Yarışlar 17 iyundan başlayaraq üç gün davam edəcək; 55 idmançının iştirakı ilə qarışıq cütlərdə və qadınların qrup yarışlarında 6 komplekt medal oynanılacaq;
– Bədii gimnastika: Yarışlar 17 iyundan başlayaraq üç gün davam edəcək; 93 idmançının iştirakı ilə qadınların qrup və fərdi yarışlarında 8 komplekt medal oynanılaçaq;
– Batut gimnastikası: Yarışlar 17 iyundan başlayaraq üç gün davam edəcək; 53 kişi və qadın idmançının iştirakı ilə fərdi və sinxron yarışlarında 4 komplekt medal oynanılacaq.
Bütün bu idman növləri üzrə yarışlar 6,800 nəfərlik yeni istifadəyə verilmiş, həm də Azərbaycan Gimnastika Federasiyasının yerləşdiyi Milli Gimnastika Arenasında keçiriləcək. Milli Gimnastika Arenası Atletlər kəndindən piyada gediləcək məsafədə yerləşir. Arena 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən rəsmən açılıb.