Bakı-2015 ilə əlaqədar Polşa – Azərbaycan danışıq kitabçası nəşr edilib

Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycan – Polşa danışıq kitabçası nəşr edilib. Allsport.az xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyinin nəşr etdirdiyi kitabçanın ön səhifəsində səfir Həsən Həsənovun Avropa Oyunları iştirakçılarına müraciəti yer alıb.

Müraciətdə bildirilir ki, Azərbaycanın Polşadakı səfirliyi Polyak-Azərbaycan danışıq kitabçasının xüsusi nəşri təşəbbüsünü irəli sürərək Bakıda keçiriləcək I Avropa Oyunlarına, həmçinin bütün idman dünyasına öz kiçik töhfəsini vermək şərəfinə malikdir.“Səmimi salamlarımızı xüsusilə polşalı qonaqlara: idmançılara, məşqçi qruplarına, onları müşayiət edən şəxslərə və jurnalistlərə ünvanlayırıq.

Ümid edirik ki, Azərbaycanın unikal abidələri, xalqımızın qonaqpərvərliyi və yüksək idman ruhu hər kəsdə unudulmaz təəssüratlar yaradacaq. Polyak-Azərbaycan danışıq kitabçası isə insanların ünsiyyət qurması və beynəlxalq dostluğun gücləndirilməsi baxımından çox faydalı olacaq”.

Kitab “Azərbaycan Polşa” seriyasında Polşadakı səfirliyin, Azərbaycan Dillər Universiteti və Varşava Universitetinin birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak məqsədilə ölkəmizə səfər edəcək nümayəndə heyətinin üzvlərinə hədiyyə edilib və Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.

Həmin kateqoriyadan