- Baxış sayı: 1771
- 09 İyun 2017 11:22
- Baxış sayı: 45
- Aprel 24, 2025
- 0
Fevralın 3-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə “Azersun Holding” və “Bazarstore” arasında rəsmi dəstəkçi müqaviləsi imzalanıb. Allsport.az xəbər verir ki, “Fairmon Baku” mehmanxanasında təşkil olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, BAOƏK-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, “Azərsun Holding”in baş icraçı direktoru Savas Uzan, “Bazarstore” idarə heyətinin üzvü Tahir Gözəl iştirak ediblər.
Bu müqavilənin bağlanması, “Bazarstore” və“Azersun”un “MacDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, “Sitecore” və “Tickethour” şirkətlərinə qoşulmaları ilə “Bakı-2015” Avropa Oyunlarının 7 rəsmi dəstəkçisi olub. Bundan əlavə, “Azərbaycan Hava Yolları”, bp, “Coca-cola”, “Nar Mobile”, P&G, ARDNŞ və Tissot daxil olmaqla “Bakı-2015”-in yeddi rəsmi tərəfdaşı var.