- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Bakı-2015 ilk Avropa Oyunlarının göstəriciləri sübut edir ki, yarışlar böyük maraqla izlənilib”. Allsport.az saytının məlumatına görə, bu sözü Monteneqroda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O, bu ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Duşan Simonoviç ilə görüşündə bildirib:
“Sevinc hissi ilə deyə bilərəm ki, dünyada 1,7 milyard insan bu yarışları izləyib. Maraqlı məqam budur ki, ən çox izlənilən yarışlar Olimpiya Oyunlarının rəsmi proqramına daxil olmayan karate və basketbol üzrə 3×3 yarışları olub. Bakı-2015 Avropa Oyunları kimi tədbirlər qeyri-olimpiya idman növlərinin Olimpiya ailəsinə daha da yaxın olmasına kömək edir”.
Azərtac-in məlumatına görə, növbəti Avropa Oyunlarının keçiriləcəyi ölkənin hələ bəlli olmadığını deyən Patrik Hikki, Bakıdan sonra bir çox şəhərlər bu yarışlara ev sahibliyi etməyə maraq göstərdiyini deyib. Bu da Bakının ilk Avropa Oyunlarına yüksək səviyyədə keçirməsindən xəbər verir.