- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
“Bədii gimnastika üzrə Rusiya yığması Bakıda I Avropa Oyunlarında güclü heyətlə təmsil olunacaq”. Allsport.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova deyib.
Onun sözlərinə görə, dünyada lider mövqedə qərarlaşmış bütün Avropa bədii gimnastikası Bakıda təmsil olunacaq: “Buna görə də Bakıdakı Oyunlar bizim üçün Olimpiya Oyunlarına bərabərdir və Rusiya yığmasının heyəti ən güclü olmalıdır”.
Qeyd edək ki, iyunun 12-28-də Bakıda I Avropa Oyunları keçiriləcək.