- Baxış sayı: 645
- 10 Dekabr 2025 23:59
- Baxış sayı: 94
- Dekabr 15, 2025
- 0

Oktyabrın 28-də “Holiday INN” mehmanxanasında Milli olimpiya komitəsi, Avropa olimpiya komitələrinin dəstəyi və Türkiyə milli olimpiya komitəsinin iştirakı ilə “Bakı-2015 – Süni intellekt və idmanda innovasiya” adlı beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftəheddinova, Fərid Mansurov, baş katib Azər Əliyev, AOK nümayəndəsi Canluka de Angelis və Valentina Mattei, münsiflər heyətinin üzvləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Avropa olimpiya komitələrinin prezidenti Spiros Kapralosun Bakı-2015 Avropa oyunlarının 10 illik yubileyinə həsr olunmuş video təbriki təqdim olunub. Münsiflər heyətinin üzvləri Viktoriya Kabezas, Volqan Önər və Bakı-2015-in qalibi İlham Zəkiyev qaliblərə və bütün iştirakçılara uğurlar arzulayaraq bildiriblər ki, süni intellekt mövzusunda keçirilən müsabiqə bu irsin innovativ şəkildə davamıdır.
Müsabiqəyə 66 iş təqdim olunub və beynəlxalq kateqoriya üzrə qalib türkiyəli Fateh Can Aytən, Azərbaycan üzrə qalib isə Rauf Həmişə elan olunub. Qaliblərə sertifikat və mükafatlar təqdim edilib.

