- Baxış sayı: 92
- 19 Noyabr 2025 16:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Bakı atıcılıq mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatı keçirilir.
Allsport.az xəbər verir ki, Bakı şəhər gənclər və idman idarəsi və Azərbaycan atıcılıq federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnir 10 metr məsafəyə pnevmatik tüfəng və pnevmatik tapançadan, həmçinin 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma növləri üzrə həm fərdi, həm də qarışıq komanda yarışları üzrə olacaq.
Yarışlarda müxtəlif yaş kateqoriyalarında çıxış edən 100-ə yaxın idmançının iştirakı nəzərdə tutulur. Çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək və 21 iyunadək davam edəcək.