Bakı olimpiya stadionunda ilk dəfə MMA döyüşləri keçiriləcək

Mayın 4-də Bakı olimpiya stadionunda WFCA-48 döyüşləri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, gecədə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA-çılar bacarıqlarını göstərəcəklər.
Təşkilatçı ölkəni Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev və Vüqar Kərəmov təmsil edəcək.
Saat 19:00-da başlayacaq yarışın təşkilatçıları “Olimpiya” və “Əhməd” döyüş klubları və Bakı olimpiya stadionudur.
Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək. Rinq BOS-un əsas meydanında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcəklər.

Həmin kateqoriyadan