Bakıda 5-ci “Qələbə qaçışı”

2-ci Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 2-də gənclər və idman nazirliyi Bakı şəhər halqası əməliyyat şirkəti və Azərbaycan atletika federasiyası ilə birlikdə “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.

Allsport.az saytı xəbər verir ki, iştirakçılar dənizkənarı milli parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Tədbir çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

Həmin kateqoriyadan