- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

İspaniya “Valensiya”sı yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, la liqa klubu Lissabon “Sportinq”indən Tyerri Korreyanı transfer edib. 20 yaşlı portuqaliyalı müdafiəçi ilə 5-illik anlaşılıb. “Yarasalar” bu transferə görə 12 milyon avro ödəyiblər.
Yeniyetmə və gənclər yığmalarında oynamış Korreya “Sportinq”in öz yetirməsidir. O, ölkəsinin U-17 yığmasının heyətində Azərbaycanda keçirilmiş Avropa çempionatının qalibi olub. Tyerri həmin qitə birinciliyində 3 oyunda meydanda olub.
Maraqlıdır ki, onun ölkəmizdə daha bir bağı var. Onun “Sportinq”də peşəkar səviyyədə ilk rəsmi oyunu Avropa liqasının qrup mərhələsində “Qarabağ”a 6:1 hesabıyla qalib gəldikləri Bakıda qarşılaşma olub.