- Baxış sayı: 42
- 16 Mart 2026 10:15
- Baxış sayı: 209
- Mart 16, 2026
- 0

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.
Allsport.az xəbər verir ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək. Avqustun 27-də paytaxtımızda U17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında dünya seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.
Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U17 dünya çempionatına da ev sahibliyi edəcək. Beləliklə, yay mövsümündə paytaxtımız dünya güləşinin mərkəzlərindən birinə çevriləcək.