Bakıda dünya alpaqut federasiyasının 3-cü qurultayı keçirilib

AMEA-nın mərkəzi elmi kitabxanasının böyük akt salonunda dünya alpaqut federasiyasının 3-cü qurultayı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Milli məclisin deputatları, səfirlik nümayəndələri, QHT sektorunun rəhbərləri, gənclər və idman nazirliyinin nümayəndələri, federasiya rəhbərləri iştirak ediblər.

Dövlət himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi 1-dəqiqəlik sükutla yad edilib. Tədbirdə alpaqut turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası Vasif Namazov çıxışı zamanı 2014-2022-ci illər ərzində Azərbaycan alpaqut federasiyasının əldə etdiyi uğurlardan və görülən işlərdən danışıb.

Dünya alpaqut federasiyasının idarə heyəti üzvlərinin yeni tərkibi elan edilib: Vasif Namazov idarə heyətinin sədri, Milli məclisin deputatları Jalə Əhmədova federasiya prezidenti, Könül Nurullayeva 1-ci vitse-prezident, Emil RəhimovFərhad Əliyev vitse-prezidentlər, Fərid Əlizadə baş katib seçiliblər. Dünya alpaqut federasiyasının digər strukturlarına rəhbərlərin yaxın günlərdə təyin olunacağı ilə bağlı qərar verilib.

Həmin kateqoriyadan