Bakıda İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyası keçiriləcək

Noyabrın 1-4-də Bakıda, “Boulevard” otelində İslam Həmrəylik İdman Federasiyasının (İSSF) 9-cu Baş Assambleyası keçiriləcək. Allsport.az xəbər verir ki, toplantıda İSSF-in İcraiyyə Komitəsi üzvləri və fəxri baş katibi Şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İHİF-ın vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-nın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər nümayəndələr iştirak edəcəklər.

Noyabrın 2-də Assambleyanın marketinq nümayəndələrinin və əlaqələndirmə komissiyasının, noyabrın 3-də 24-cü İcraiyyə Şurasının iclaslarının keçirilməsi nəzərdə tutulur. Baş Assambleyanın açılış mərasimi isə noyabrın 4-də keçiriləcək.

İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyasına ümumilikdə 45-dən çox ölkədən 110-dan çox nümayəndənin qatılması gözlənilir.

Həmin kateqoriyadan