- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Noyabrın 8-də Bakıda 4-cü İslam Həmrəylik oyunlarına hazırlıq məqsədilə əlaqələndirmə komissiyasının 4-cü iclası işə başlayıb. Allsport.az saytı xəbər verir ki, iclasda İslam Həmrəylik oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, ISSF-in baş katibi Faisal Əbduləziz Əl-Nəssar, federasiyasının 1-ci vitse-prezidenti, əlaqələndirmə komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.
İki gün davam edəcək iclasın birinci günündə yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə olunur. Komissiyanın ikinci günündə isə idmançıların iştirakı, yarışlar, marketinq, yayım, kommersiya, açılış və bağlanış mərasimlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Əlaqələndirmə komissiyasının üçüncü iclası 4-cü İslam Həmrəylik Oyunlarının başlanmasına bir il qalmış – mayın 12-də Bakıda təşkil olunmuşdu.