- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
“Münaqişəyə baxmayaraq, Azərbaycan və Ermənistan idmançılarının Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakı pozitiv əlamətdir”. Allsport.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Agentliyinə (UNCHR) müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin sabiq sədri, BMT baş katibinin qaçqın gənclər və idman sahəsi üzrə xüsusi elçisi Jak Roqqe bildirib.
O vurğulayıb ki, idman xalqlar arasında körpü salır, qarşılıqlı hörmət və sülh yaradır: “İştirak etdiyim bütün Olimpiya oyunlarında, Olimpiya şəhərlərində müxtəlif millətlərə, dil və dinlərə mənsub olan atletləri birlikdə sülhlə yaşamasını görmüşəm”, – deyə J.Roqqe əlavə edib.