Bakılı şahmatçı narkotikdən ölüb

Daniel Naroditskinin qəfil ölümünün səbəbi məlum olub.

Allsport.az xəbər verir ki, Şimali Karolina ştatının baş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 29 yaşlı şahmatçı narkotik qarışığından zəhərlənmə nəticəsində dünyasını dəyişib. Laborator müayinələr zamanı onun orqanizmində metamfetamin, amfetamin və opioid təsirli mitraginin maddələrindən ibarət “kokteyl” aşkar edilib.

Naroditski 2025-ci il oktyabrın 19-da vəfat edib. O, 18 yaşında qrossmeyster adını qazanıb, 2015-ci ildə isə şahmat üzrə komandalararası dünya çempionatında ABŞ yığmasının heyətində çıxış edib.

Onun anası bakılıdır. Ailə SSRİ dağıldıqdan sonra okeanın o tayına köç edən yəhudilərdir. Danielin ilk uğuru Antalyada olub, 2007-ci ildə 12 yaşlılarda dünya çempionu adını qazanıb.

Həmin kateqoriyadan