“Bakıya qələbə qazanmaq üçün yollanmışıq”

“Bakıda olmaqdan məmnunam. Buradakı hava şəraiti xoşagələndir. Hamı günəşli havanı xoşlayır. Bunun bizə problem yaradacağını düşünmürəm. Çünki istənilən havada oynamağa öyrəşmişik”.

Allsport.az saytı xəbər verir ki, bunu Polşanın “Lex” klubunun baş məşqçisi Con van den Brom paytaxtımızda “Qarabağ” qarşı çempionlar liqasının 1-ci ələməsinin cavab oyunu öncəsi deyib. Niderlandlı mütəxəssis 3 futbolçunun meydana çıxmayacağından narahatlığını igadə edib:

“Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün yollanmışıq. “Qarabağ”ın heyətində güclü futbolçular var və onların hər birini təhlükəli hesab edirəm. İlk matçda onlara tam üstünlük verməməyə çalışdıq. Bu dəfə də belə olacaq”.

Həmin kateqoriyadan