“Bakı”ya texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 34-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Sumqayıt” matçının 57-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Aftandil Hacıyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.

“Xəzər Lənkəran” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Simurq” – “Bakı” matçında “Bakı” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və 2500 manat cərimə olunub.

Həmin kateqoriyadan